376
11:52
22 Avqust 2019

“Qarabağ” Çempionlar Liqasının ən intizamsız klubları sırasındadır

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra yarışın statistik göstəriciləri açıqlanıb.
APA -nın məlumatına görə, UEFA həm komanda, həm fərdi göstəricilər üzrə ən yaxşı və ən pis “beşliy”i müəyyənləşdirib.
Artıq Çempionlar Liqası ilə vidalaşan Azərbaycan çempionu “Qarabağ”da qurumun siyahısında qalıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda mənfi mənada fərqlənib.
Ağdam təmsilçisi ən çox qayda pozuntusuna yol verən komandalar sırasındadır. “Qarabağ” keçirdiyi 6 oyunda 72 qayda pozuntusuna yol verib. Təmsilçimiz Sloveniya “Maribor”u ilə birlikdə intizamsızlar siyahısında 4-5-ci yerləri bölüşür.
Ən çox fol edən komanda isə “Srvena Zvezda”dır. Serbiya çempionu 95 qayda pozuntusuna yol verib. “Ferensvaroş” (Macarıstan) 84, ÇFR (Rumıniya) 75 dəfə intizamsızlıq edib.