197
12:43
22 Avqust 2019

Təkər oğruları tutuldu

Binəqədi rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 20-də rayon ərazisindəki mağazaların birindən 20 000 manat dəyərində 150 ədəd avtomobil təkəri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri A.Rəhimov, X.Sadıqov və Ağstafa rayon sakini M.Əliyev saxlanılıb.
Araşdırma aparılır.