438
12:47
22 Avqust 2019

Millimizin keçmiş baş məşqçisi vəfat edib

Futzal üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.
APA -nın məlumatına görə, braziliyalı mütəxəssis 57 yaşında dünyasını dəyişib.
Braziliyada “Riu Qrande du Sul” klubunu çalışdıran Miltinyo ötən həftə keçirdiyi insultdan sonra xəstəxanaya yerləşdirilib və orada ölüb.
"Professor" ləqəbli baş məşqçi 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində millimizin baş məşqçisi olub. Yığmamız ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.