244
11:04
24 Avqust 2019

Bakıda narkotik istifadəçisi yüksək dozadan öldü

Bakı sakini yüksək dozada narkotikin təsirindən ölüb.
APA -nın məlumata görə, Yasamal rayon sakini, 1968-ci il təvəllüdlü Əliyev Natiq Adil oğlu yaşadığı evdən anidən ölüb. Meyitin ilkin müayinəsi zamanı onun yüksək dozada narkotikin təsirindən öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.