194
04:48
24 Avqust 2019

Braziliya prezidenti Makrona etiraz etdi:"Daxili işimizə qarışma!"

Fransa prezidenti Emmanuel Makron Amazon meşələrində baş verən silsilə yanğınların G7 sammitində "beynəlxalq böran" olaraq gündəmdə olmasının vacibliyini söyləyib.
"Amazon meşəliyi-planetimizin 20 faiz oksigenini təmin edən ağ ciyərlər-yanır. Bizim evimiz yanır", - o, tvitində qeyd edib.
APA -nın "BBC"yə istinadla xəbərinə görə, Braziliya prezidenti Jair Bolsonaro isə Makronu ölkəsinin daxili işinə qarışmaqda ittiham edərək bildirib ki, o, meşə yanğınlarından "siyasi silah" olaraq istifadə etmək niyyətindədir.
J.Bolsonaro əlavə edib ki, yanğınları Braziliyanın iştirak etmədiyi G7 sammitində müzakirə etməyə çağırış "yersiz müstəmləkəçi təfəkkürlər" doğurur.
Milli Kosmik Tədqiqatlar İnstitutunun (National Institute for Space Research ) dərc etdiyi peyk məlumatları göstərir ki, bu il Braziliya boyu yanğınlar 85 faiz artıb və bu yanğınların çoxu Amazon bölgəsinə təsadüf edir.
Prezident Bolsonaro hökuməti Amazonda yaşanana acınacaqlı vəziyyətə görə günahlandırılır. İddia edilir ki, o, ağac kəsənləri və fermerləri ərazini təmizləməyə təşviq edib.
Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Guterreş də Amazon yanğınlarından dərin təəssüf hissi keçirdiyini bildirib: "Qlobal iqlim böhranının ortasında, bir oksigen və biomüxtəliflik mənbəyinə daha çox zərər verə bilmərik. Amazon qorunmalıdır".