114
07:30
24 Avqust 2019

Yeniyetməyə hədə-qorxu gəlib pulunu və telefonunu aldılar

Səbail rayonunda soyğunçuluq hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Üzeyr Hacıbəyov küçəsində baş verib.
Belə ki, 2002-ci il təvəllüdlü Elman Quliyevə küçədə iki nəfər naməlum şəxs yaxınlaşıb. Naməlum şəxslərdən biri ona bıçaqla qorxudub. Daha sonra əlində olan 10 manatı və mobil telefonunu alaraq qaçıblar.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.