160
10:08
24 Avqust 2019

Hirkan Milli Parkında baş verən yanğın söndürüldü

Hirkan Milli Parkında baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Lentaz-a verilən məlumata görə, avqustun 20-də Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada başlamış yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.