200
10:21
24 Avqust 2019

Azərbaycanlı tələbə suda boğuldu - Gürcüstanda

Azərbaycan vətəndaşı Gürcüstanda suda boğulub.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, qonşu ölkədə ali təhsil alan, Zaqatala rayonu Əliabad qəsəbə sakini, 1997-ci il təvəllüdlü Şahin Sudabəy oğlu Əliyev ötən gün Gürcüstan ərazisində çimərkən suda boğularaq ölüb.
Tələbənin meyiti ötən gün axşam doğulduğu kəndə gətirilib. Onun bu gün dəfn ediləcəyi bildirilir.