373
10:56
24 Avqust 2019

Vilayət Eyvazov Baş Mühafizə İdarəsinin katibliyinə yeni rəis təyin etdi

Daxili işlər orqanlarında kadr dəyişiklikləri olub.
APA -nın yerli bürosunun məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin katibliyinin rəisi, polis polkovniki Kamil Abbasov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Baş Mühafizə İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi Vüsal Məmmədov təyinat alıb.
V.Eyvazovun digər əmri ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi Akif Alışanov (Qorçubəyli) tutduğu vəzifədən azad edilərək Baş Mühafizə İdarəsinin rəisinin şəxsi heyətlə iş üzrə böyük köməkçisi təyin edilib.
Qeyd edək ki, A.Alışanov AzTV-nin sabiq rəhbəri Arif Alışanovun qardaşıdır. Akif Alışanov bir müddət əvvəl soyadını dəyişdirib.