372
12:07
24 Avqust 2019

Bu futbolçu Dünya rekordunu yenilədi

Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadaores kubokunun 1/4 final mərhələsi rekordla əlamətdar olub.
APA -nın məlumatına görə, Braziliyanın “Flamenqo” klubunun hücumçusu Bruno Enrike futbol tarixində ən yüksək sürət nümayiş etdirib.
FİFA-nın rəsmi sosial şəbəkə səhifələri forvardın “İnternasional”la oyunun gedişində 38 km/s sürət yığdığını açıqlayıb. Bu, Qaret Beylin “Real”ın qarşılaşmalarından biri zamanı nümayiş etdirdiyi 36,9 km/s sürəti arxada qoyub. Əksər mənbələr bunu yeni dünya rekordu hesab edir.
Lakin bəziləri PSJ-nın istedadı Killian Mbappenin 38-39 km/s sürəti dəfələrlə yığdığını iddia edir.
Qeyd edək ki, 28 yaşlı hücumçunun çıxış etdiyi “Flamenqo” “İnternasional”a 2:0 hesabı ilə qalib gəlib. Hər iki qolu B.Enrike vurub.