186
16:34
24 Avqust 2019

Bu şirkət süni intellekt üçün ilk prosessor hazırladı

"Intel" şirkəti "Nervana NNP-I" (digər adı Springhill) prosessorunu təqdim edib.
Lent.az "ictnews"a istinadən xəbər verir ki, prosessor (Çip) böyük hesablama mərkəzlərində süni intellekt sistemlərinin fəaliyyəti üçün nəzərdə tutulub.
Bu, şirkət tərəfindən süni intellektlə iş üçün yaradılan ilk prosessordur.
Məlumata görə, 10 nanometrlik "Ice Lake" prosessoru əsasında yaradılan "Springhill" minimal enerji miqdarından istifadə etməklə yüksək gərginliyin öhdəsindən gəlməyə imkan verir. Çipin "Intel Xeon" server mikroprosessorlarının imkanlarını tamamlayacağı gözlənilir.
Texnologiya "Intel" şirkətinin İsrail startaplarına, o cümlədən süni intellekt təlimini sürətləndirən prosessorların hazırlanması ilə məşğul olan "Habana Labs" və belə çiplər üçün arxitektura yaradan "NeuroBlade" şirkətlərinə yatırılan investisiyalar sayəsində ərsəyə gətirilib.