580
18:32
24 Avqust 2019

"Mama, nolar ölmə"

Bütün analara ithaf
Ana, nə olar ölmə!
Tanış sözlərdi. İllər əvvəl eyvanda özünü asmış qadına bu sözləri pıçıldayırdı bacımla qardaşım.
Ayağının altındakı şüşə qırıntılarını görüncə elə bilmişdilər ölməyib. Çığırmışdılar.
- Mama, nolar ölmə!
Mən şokdaydım. Səsim çıxmırdı. Onların səsi də getdikcə qulağımda öləziyirdi.
Balaca bir mismar anamı saxlamışdı. Onda nifrət etmişdik o mismara.
Qadın asılı qalmışdı o mismardan.
Ən sevdiyi şalı ilə boğmuşdu özünü.
Eyvanlara, eyvandakı paltar asılan mismarlara baxanda əsəbləşirdik.
Ölməsin deyirdik analar.
O gündən çox vaxt ötmüşdü...
Anamın qırxından sonra biz qaldığımız evi dəyişdik. Uzun müddətdən sonra həmin evə getdim. Qapını bir qadın açdı. Dedim, vaxtilə bu evdə qalmışdıq, qadın məni evə buraxdı. Anamın balkonda özünü asdığı mismar vardı. Deyirdim görüm o, mismar hələ də ordadı? Balkona keçib gördüm mismar hələ yerində qalıb. Özümü çox pis hiss elədim və ordan çıxdım. Qadın da çox təşvişə düşdü.
O evdə o səslər qalmışdı:
"Mama, nolar ölmə".
Dünən bacımın telefonda qoyduğu videodan da o cümlə səslənirdi:
"Anne, lütfen ölme".