228
18:18
24 Avqust 2019

“Mercedes” hadisə yerindən qaçdı: xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Şəhər sakini, 35 yaşlı Ramin Məmmədovun idarə etdiyi motosiklet “Mercedes” markalı avtomobillə toqquşub. Qəzadan dərhal sonra “Mercedes” hadisə yerindən qaçıb. Motosikletin sürücüsü və onun sərnişini, 26 yaşlı İbrahim Orucov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.