373
02:31
25 Avqust 2019

Bakıda avtobusun vurduğu piyadalardan biri dünyasını dəyişib - FOTO - YENİLƏNİB

Bakının Sabunçu rayonunda sərnişin avtobusunun vurduğu piyadalardan biri dünyasını dəyişib.

APA -nın məlumatına görə, Rza Quliyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.Digər yaralının müalicəsi isə davam etdirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb.

***

Saat 23:50

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib.

APA -nın məlumatına görə, avtoqəza zamanı piyadaları avtobus vurub.

Belə ki, Zabrat qəsəbəsində qeydə alınmış yol qəzasında 186 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu yolu keçmək istəyən iki piyadanı vurub. Nəticədə ağır xəsarət alan Rza və Əli adlı piyadalar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyətinin daha ağır olduğu deyilir.

Hadisənin təfərrüatlarını Sabunçu polisi araşdırır.