215
17:06
25 Avqust 2019

"Yanğınlarla effektiv mübarizə üçün beynəlxalq mexanizm üzərində işləyirik" - Makron

"Böyük yeddilik" (G7) ölkələri Amazon meşələrinin olduğu ölkələrə meşə yanğınlarının söndürülməsində köməklik etmək barədə razılığa gəliblər.
APA -nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Fransa Prezidenti Emmanuel Makron bəyan edib.
Fransa Prezidenti deyib ki, hazırda Amazon ölkələri ilə danışıqlar aparılır: "Danışıqlar texniki və maliyyə resursları üzrə öhdəlikləri əhatə edir. Fransa da 9 Amazon ölkəsi sırasına daxildir, Fransa Qvianası departamenti Amazona daxildir. Biz hazırda Amazon ölkələrinin yanğınlarla effektiv mübarizə aparmalarına kömək etmək üçün beynəlxalq mexanizm üzərində işləyirik".
Qeyd edək ki, cümə axşamı və cümə günlərində Braziliyada 1663 yeni yanğın ocaqları müəyyən edilib. Yanğın ocaqlarının yarısı Amazon meşələrində yerləşir. Amazon meşələrində yanğınların sahəsi 2018-ci illə müqayisədə 82 faiz çoxdur. Braziliyada 78,4 min meşə yanğı baş verib ki, bu da 2013-cü ildən bəri ən pis göstərici hesab olunur.