104
08:38
26 Avqust 2019

Sürücü idarəetməni itirərək motoskleti daş hasara çırpdı

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saat 21 radələrində rayonun Əyri Tala kəndində baş verib.
Kənd sakini, 1975-ci il təvəllüdlü Elxan Cəlal oğlu Paxırov idarəetdiyi qoşqulu motoskletlə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən yolun kənarındakı daş hasara çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Paxırov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibb müəssisəsindən bildirilib ki, E.Paxırova kəllə-beyn travması və alın sümüklərinin sınığı dioqnozu qoyulub. Yaralının vəziyyəti nəzərə alınaraq müayinə və müalicəsini davam etdirmək üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.