287
10:31
26 Avqust 2019

Azərbaycanda faciə: meşəyə moruq yığmağa gedirdi...

Qubada bədbəxt hadisə baş verib.
APA -nın şimal bürosunun verdiyi görə, hadisə rayonun Suxtəkələ kəndində qeydə alınıb. Kənd sakini, 1962-ci il təvəllüdlü Nəsirov Sahib Nəsrəddin oğlu ötən gün moruq yığmaq üçün meşəyə gedib və geri qayıtmayıb. Yaxınları bu barədə aidiyyəti qurumlara məlumat veriblər.
Aparılan axtarışlar nəticəsində S.Nəsirovun meyiti Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən tapılıb.
Onun üzərinə ağac düşərək öldüyü bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.