165
10:52
26 Avqust 2019

Azərbaycanda daha bir meşə yanır - FOTO

İsmayıllı meşələrində yanğın başlayıb.
APA -nın yerli bürosunun verdiyi məlumata görə, yanğın rayonun Şəbiyan kəndi ərazisində yerləşən meşə ərazisində qeydə alınıb.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.