198
11:12
26 Avqust 2019

Daha 3 cüdoçumuz dünya çempionatını medalsız başa vurdu

Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatı davam edir.
APA -nın məlumatına görə, mindialın ikinci günü Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulub.
Hər 3 cüdoçu çıxışını vaxtından əvvəl bitirib. 66 kq çəki dərəcəsində qüvvəsini sınayan Nicat Şıxəlizadə 1/8 finala kimi 3 rəqibini yarışdan kənarlaşdırsa da, misirli Məhəmməd Abdelmaugouda ipponla uduzub.
52 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəliyeva (52 kq) və Larisa-Aleksandra Florian (52 kq) isə ilk görüşlərini qalib başa vursalar da, növbəti qarşılaşmada məğlub olublar.
Beləliklə, yarışı uğursuz bitirən Azərbaycan cüdoçularının sayı 6-ya çatıb. Dünya çempionatının ilk günü Davud Məmmədsoy (60 kq), Leyla Əliyeva və Aişə Qurbanlı (48 kq) da mundialı medalsız yekunlaşdırıblar.
Qeyd edək ki, avqustun 27-də Hidayət Heydərov, Rüstəm Orucov (hər ikisi 73 kq) və İçinxorlu Munxtsedev (57 kq) tatamiyə çıxacaqlar.