314
17:35
31 Avqust 2019

Bakıdan Londona uçacaq təyyarədə problem yaranıb

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2 007 saylı Bakı-London aviareysi təyyarədə qeydə alınan texniki nasazlıq səbəbindən ləngiyir.
Bu barədə " APA -Economics"ə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Hava limanından verilən məlumata görə, sözügedən aviareys üzrə təyyarə bu gün saat 18:05-də havaya qalxmalı idi: "Bakı-London aviareysi üzrə havaya qalmalı "Boeing 787-800" təyyarəsində xırda texniki nasazlıq qeydə alınıb. Sözügedən nasazlıq aradan qalxan kimi avialayner Londona uçacaq".
Aeroportdan həmçinin bildirilib ki, texniki problem xırda olduğundan qısa bir zamanda aradan qaldırılacaq və təyyarə yola salınacaq: "Bakıdan Londona təyyarənin saat 19:00-da havaya qalxacağı gözlənilir".