393
00:13
01 Sentyabr 2019

Bu gündən Azərbaycanda minimum əməkhaqqı 250 manat olacaq

Bu gündən Azərbaycanda minimum əməkhaqqı artır.
APA -nın xəbərinə görə, Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il sentyabrın 1-dən minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılıb.
Qeyd edək ki, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Həmin insanlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyir. Bu artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.