361
19:27
04 Sentyabr 2019

DİQQƏT: Bakıda bu xidmətin göstərilməsində fasilələr yaranacaq

Bu gecə saat 02:00-06:00 arası LTE texnologiyası əsasında təmin olunan “simsiz rabitə” şəbəkəsində yenidənqurma və profilaktik tədbirlər həyata keçiriləcək.

"Baktelecom" Məhdud Məsuliyyətli Cəmiyyətdən " APA -Economics"ə verilən məlumata görə, bununla əlaqədar şəbəkənin əhatə dairəsinə daxil olan bütün ərazilərdə müvafiq xidmətin göstərilməsində fasilələr qeydə alınacaq.

Profilaktik tədbirlər başa çatdıqdan sonra şəbəkənin fəaliyyəti bərpa ediləcək.