15168
11:10
05 Sentyabr 2019

Amansızlıqla doğranmış 227 uşağın məzarlığı aşkar edildi - QANDONDURAN FOTOLAR

Peruda arxeoloqlar 227 uşağın dəfn edildiyi kütləvi məzarlıq aşkar ediblər. Lent.az -ın xarici KİV-ə istinadən məlumatına görə, böyük əksəriyyəti körpə və yeniyetmə qalıqlarından olan məzarlıqda aparılan ilkin araşdırma nəticəsində o da məlum olub ki, uşaqların hamısı amansızcasına doğranıblar. Məzarlıq paytaxt Perudan bir qədər aralıda aşkarlanıb.

Tarixçilərin fikrincə, uşaqlar yerli inanclara görə, yağış allahına qurban veriliblər. Ekspertlər deyir ki, qətlə yetirilən uşaqlar 4-14 yaş aralığında olublar. Tapıntı ölkədə böyük həyəcan doğurub.