363
15:39
05 Sentyabr 2019

AzTV-nin yeni veb saytı istifadəyə verilib

Azərbaycan Televiziyasının (AzTV) yeni veb saytı (www. aztv.az) istifadəyə verilib.
Bu barədə Lent.az -aAzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bildirilib ki, internet resursda televiziya və radionun tarixi barədə məlumatlar, həftəlik proqramlar, anonslar və s.yer alır.
Daha dinamik formaya malik olan saytın məzmun kontenti də zənginləşdirilib. Yeni resurs yalnız korporativ deyil, eyni zamanda informasiya saytı kimi fəaliyyət göstərəcək, oxucularını müxtəlif sahələrlə bağlı operativ olaraq məlumatlarla təmin edəcək.
Saytda televiziya və radioda efirə gedən verilişlərin, filmlərin anonsları da təqdim olunur. Yeni resurs verilişləri canlı izləməyə də imkan verir.
Qeyd edək ki, “Mədəniyyət” və “İdman Azərbaycan” kanallarının internet resursları da yenidən işlənilir, yaxın günlərdə bu saytlar da istifadəyə veriləcək.