318
19:46
08 Sentyabr 2019

HDP ilə bağlı araşdırma başlanıldı

Türkiyənin Diyarbəkir Cümhuriyyət Baş Prokurorluğu Xalqların DemokratikPartiyasının (HDP) Diyarbəkir şəhər və rayon təşkilatları ilə bağlı araşdırmalarabaşlayıb.

APA -nın Türkiyə bürosunun məlumatına görə, övladları terrorçular tərəfindən girovgötürülərək dağlara qaçırılan 16 ailənin Diyarbəkirdə HDP qərargahı qarşısındakeçirdiyi oturaq aksiyadan sonra bəzi valideynlər partiyanın üzvləri və tərəfdarları tərəfindən təhdid edilib.

Prokurorluq silahla təhdid edilən valideynlərin mətbuatda yer alan şikayətləri əsasında həmin şəxslərin müəyyənləşdirilməsi və cəzalandırılması üçün istintaq araşdırmasına başlayıb. Araşdırma həm də uşaqlarıaldadaraqterror təşkilatına cəlb etdiyi iddia olunan HDP-ninDiyarbəkir şəhər və rayon təşkilatlarının rəhbərlərini də əhatə edir.