293
09:10
09 Sentyabr 2019

Prosineçki istefa verdi

Bosniya və Hersoqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.
O, Avro-2020-nin seçmə mərhələsində bu gün Ermənistana uduzduqları (2:4) oyundan sonra keçirilən mətbuat konfransında qərarını açıqlayıb.
Yığmamızın sabiq çalışdırıcısı İrəvandakı məğlubiyyətdə özünü günahlandırıb: “Mən milliyə Avropa çempionatına vəsiqə qazanmaq üçün gəlmişdim. Bütün şanslarımız tükənməsə də, məsuliyyəti öz üzərimə götürürəm və istefa verirəm”.
Qeyd edək ki, 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olan Prosineçki ötən ilin yanvar ayından Bosniya və Hersoqovina millisini çalışdırırdı. Onun komandası Avro-2020-nin seçmə mərhələsində 6 oyuna 7 xalla 4-cü pillədə qərarlaşıb.
(Qol.az)