485
11:46
09 Sentyabr 2019

Məşhur idmançı qatil oldu

İstanbul Kadıköydə sevgilisi ilə ziyafətdən çıxan tanınmış türk kigboksçu Berke Şahin qatil oldu.
Lent.az -ın türk mediasına istinadən verdiyi məlumata əsasən, dünən gecə saat 3 radələrində İstanbul Kadıköydə Berke Şahin sevgilisi ilə dostlarının doğum günü məclisinə gedib. İdmançı ziyafətdən çıxarkən onlara pis baxdıqları üçün motosikletdə olan iki adamla dalaşıb.
Türk mediasında yayımlanan məlumata görə, mübahisə qısa zamanda davaya çevrilib və Berke Şahin dalaşdığı adamlara hücum edib. Əsəbləri soyumayan idmançı yanına gələn iki motosikletli dostundan birinin motosikletinə minərək qaçanları qovmağa başlayıb.
Berke Şahin qovduğu adamlardan birinin motosikletdən düşərək qaçdığını görüb. İdmançının dostu onu tuta bilib və Berke Şahin ora gələrək həmin adamı əvvəlcə döyüb, sonra isə bıçaqlayıb. Bıçaqlanan Ömər Özdəmir ayağa qalxaraq ətrafdakı polisə məlumat verib. Heydərpaşa Nümunə Xəstəxanasında göstərilən bütün cəhdlərə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Onun fotsunu sizə təqdim edirik:
Dava zamanı əlindən yaralanan Berke Şahin müalicə üçün Göztəpə Elm və Tədqiqat İnstitutuna gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb. Polisdə dindirilmədən sonra onun İstanbul Anadolu Məhkəməsinə göndərildiyi bildirilir.
Qeyd edək ki, Berke Şahin Avropa Gənclər arasında keçirilən kigboks yarışlarında qalib olub.
Mehman Nəbiyev