398
15:04
09 Sentyabr 2019

Azərbaycan – Xorvatiya oyununun favoriti kimdir?

AVRO-2020-nin seçmə mərhələsinin VI turu çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya oyununun favoriti açıqlanıb.

APA -nın məlumatına görə, E qrupunun bu gün baş tutacaq görüşündə qonaqlar daha şanslı hesab olunur.

Bakıdakı “Bakcell Arena” stadionundakı matçda Xorvatiyanın qələbəsini 1,25 əmsalla qiymətləndirən bukmekerlər Azərbaycanın qalib gəlməsinə 16,00 əmsal veriblər. Qarşılaşmanın heç-heçə bitməsinin əmsalı isə 6,20-dir.

Qeyd edək ki, Azərbaycan – Xorvatiya qarşılaşması saat 20:00-da başlayacaq.