476
17:22
09 Sentyabr 2019

Azərbaycanlı Rusiyada deputat seçildi

Rusiyada keçirilən seçkilərdə azərbaycanlı deputat seçilib.
APA -nın Rusiya bürosunun xəbərinə görə, Sankt-Peterburqun şəhər dumasına və şəhərdaxili dairə şurasına keçirilən seçkilərdə azərbaycanlı namizəd Elşən Həmzəyev qalib gəlib.
Soydaşımız İvanovski dairəsindən deputat seçilib. O, ümumi səslərin 39,8 faizini toplayaraq rəqiblərinə qalib gəlib.
E.Həmzəyevin rəqibləri arasında iki erməni əsilli namizəd də olub.