372
12:13
10 Sentyabr 2019

Türkiyənin məşhur aktyoru vəfat edib

Türkiyəli məşhur aktyor Süleyman Turan vəfat edib.
APA -nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 82 yaşlı aktyor bu gün səhər evində ürək çatışmazlığından ölüb.
O, 1936-cı ildə İstanbulda anadan olub. Yaradıcılığa teatrdan başlayan aktyor bir müddət karikaturaçılıq da edib.
O, “Hörmətli xanım”, “Ağ göyərçin”, “Yaxşı qərb” və bir çox filmdə rol alıb.