217
12:43
10 Sentyabr 2019

Azərbaycan dünya çempionatına 3 ağırlıqqaldıranla qatılacaq

Azərbaycan millisinin Tailandın Pattaya şəhərində ağır atletika üzrə keçiriləcək dünya çempionatı üçün heyəti açıqlanıb.
APA -nın məlumatına görə, yığma mundiala üç idmançı ilə qatılacaq.
Baş məşqçi Asif Məmmədov Səbinə Əzimova (55 kq), Boyanka Kostova (59 kq) və Nailxan Nəbiyevə (96 kq) şans verəcək.
Qeyd edək ki, 105 ölkədən 734 atletin (395 kişi və 339 qadın) mübarizə aparacağı yarış həm də 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.