291
16:35
10 Sentyabr 2019

® Azərbaycanda ilk dəfə olaraq Coca-Cola markası üçün DOOH reklamı təqdim edildi

AZƏRBAYCANDA REKLAM SAHƏSİNDƏ MÖHTƏŞƏM YENİLİK:

HAVA TEMPERATURUNA UYĞUN REKLAM İMKANI

Dünya araşdırmalarına görə, istehlakçılar üçün ças pik zamanı yolların vəziyyəti və hava proqnozu cəlbedici və faydalı hesab olunan məlumat sayılır.
Bu amilləri nəzərə alaraq, reklam agentlikləri və rəqəmsal platforma yaradıcıları istehlakçıların ehtiyac və maraqlarına cavab verən yaradıcı və orijinal reklam yaradırlar. Nəticədə hədəf kütləsinin diqqətini elə yerindəcə və real zaman kəsiyində çəkmək asanlaşır, çatdırılması hədəflənən mesajı rahatlıqla ötürmək mümkün olur. 

Ölkəmizin reklam sahəsində ilk dəfə olaraq yeni və tam fərqli formatda reklam - hava temperaturuna uyğunlaşan digital outdoor və digital indoor reklam hazırlanıb, özü də dünyaca məşhur Coca-Cola brendi üçün!
Belə ki, bir müddət öncə paytaxtımızın qaynar nöqtələrində və sərnişin avtobuslarında yerləşdirilmiş, hava temperaturunu əks etdirən monitorlarda birdən-birə Coca-Cola reklam videoları görünməyə başlayıb.
Azərbaycan reklam bazarında isə çöl reklamında bu növ hədəfləməni ilk dəfə olaraq Adviad platforması təklif edir. Adviad, platformaya qoşulmuş bütün rəqəmsal mənbələrdə eyni vaxtda bir reklam mesajı yaymağa imkan verən rəqəmsal platformadır. Yerli veb saytlarla yanaşı, platforma, internet bağlantısı olan ticarət mərkəzlərində, nəqliyyatda, şəhərdəki monitorlarda, həmçinin, Facebook, Instagram, Google-da reklamları qoşulub.
Azərbaycanda Coca-Cola üçün Adviad platformasının imkanlarını təklif edən və həyata keçirən ilk reklam agentliyi Universal McCann Azərbaycandır. Coca-Cola reklam dünyasında yaradıcı, strateji və innovativ yanaşması ilə məşhurdur və buna görə Agentliyin təşəbbüsü böyük maraqla qəbul edildi. Kampaniyanın məqsədi istehlakçıya Coca-Cola məhsulunun soyuq halda içilməsi ilə bağlı idi, çünki yalnız müəyyən bir temperaturda içki daha dadlı olur.
Yaxşı, bəs hansı həll təklif edildi və bu layihə necə həyata keçirildi?
Agentlik "Daha soyuq, daha dadlı" reklam mesajı və real vaxt hava proqnozunun birləşdirildiyi bir video hazırladı. Video, şəhər mərkəzində yerləşən avtobuslarda və LED monitorlarda, havanın temperaturunun 26 ° C-dən yuxarı qalxması ilə eyni vaxtda, bütün planlaşdırılan mediada reklam mesajı nümayiş olundu, beləliklə istehlakçıları sevimli içki istifadə edərək sərinləməyə və təravətlənməyə dəvət etdi.
https://www.youtube.com/watch?v=8N8Yt9txLR4
İlkin hesablamalara görə, ümumilikdə reklam mesajının 36 mindən çox insana çatacağı gözlənilir. Və bu hədd deyil. Bu nəticə Adviad platformasının “digital outdoor” sahəsində böyük perspektivlərini göstərir. Bu platformanın imkanları sayəsində reklamverənlər reklam mesajlarını istehlakçılara "burada və indi" (lazımi vaxtda, lazımi yerdə) çatdırmaq üçün böyük üstünlüklər əldə edəcək və bununla da tələb və satışa təkan verəcək.
Platforma və onun imkanları haqqında ətraflı məlumatı rəsmi veb saytdan ala bilərsiniz - www.adviad.com və ya +994 55 511 01 54 telefonu ilə əlaqə saxlaya bilərsiniz.
Adviad platforması 2019-cu ilin aprel ayından fəaliyyət göstərir. Platformanın əsas məqsədi bir çox reklam kanalını vahid pəncərədə birləşdirərək agentliklərin və markaların işini asanlaşdırmaqdır. Şirkət direktoru Rasim Davudov marketinq sahəsində 15 ildən çox təcrübəyə malikdir və eyni zamanda Azərbaycanda aparıcı rəqəmsal agentlik olan New Media-nın baş direktorudur.
2011-ci ildə yaradılan Universal McCann Azərbaycan Agentliyi, Azərbaycan bazarındakı əsas şəbəkə Media agentlikləri arasında liderdir. Hər növ media xidmətləri təqdim edir. Müştərilərin portfelinə Coca-Cola, Unilever, Toyota, Dogadan, PINAR və digər qlobal və yerli markalar daxildir. Şirkət ünvanı:
UM Azərbaycan
Passage 1901,
N. Rəfibəyli küçəsi 12/14,
Bakı, AZ 1001
T: +99412 492 35 35