1427
19:59
10 Sentyabr 2019

Kişi qadını meşədə ayı ilə üzbəüz qoyub qaçdı

Xantı-Mansiysk muxtar dairəsində iki nəfər Nyaqan-Talinka avtomobil yolu rayonundakı meşəlikdə ayı ilə qarşılaşıb.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, kişi yoldaşı olan xanımı yırtıcı heyvanla təkbətək qoyaraq qaçıb və xilasediciləri çağırıb.
Axtarış-xilasetmə dəstəsi qadını normal vəziyyətdə tapıblar, onun tibbi yardıma ehtiyacı olmayıb. Ayının taleyi ilə bağlı məlumat verilmir.