128
00:06
11 Sentyabr 2019

Gəncədə qadın dərmandan zəhərlənib

Gəncədə 28 yaşlı qadın dərmandan zəhərlənib.
APA -nın yerli bürosunun məlumatına görə, şəhər sakini, 1991-ci il təvəllüdlü Günay Məmmədova dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib vəziyyətinin kafi olduğu bildirilir.
Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.