317
10:25
12 Sentyabr 2019

İsa peyğəmbər rolunu oynayan aktyorun meyiti tapıldı

“İisus Xristos – superulduz” müziklində baş rol oynamış aktyor Ceff Fenholt vəfat edib.
APA -nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, 69 yaşlı aktyor evində ölü tapılıb.
Aktyor Endryu Lloyd Uebberin 1971-ci ildə hazırldağı müzikldəki İisus Xristos rolundan sonra məşhurluq qazanıb.
Qeyd edək ki, “İisus Xristos – superulduz” rok-operası 1970-ci ildə yazılıb və bir il sonra Brodveydə premyerası keçirilib. Bibliya əhvalatları əsasında hazırlanmış rok-opera İsa peyğəmbərin Yerusəlimə gəlişindən çarmıxa çəkildiyi vaxta qədər olan dövrü əhatə edir.