170
11:44
12 Sentyabr 2019

İki piyadanı maşın vurub öldürdü

Sentyabrın 11-də respublikanın avtomobil yollarında 3 nəfərin ölümü ilə nəticələnən nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata əsasən, sentyabrın 11-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.
Səhər saat 8 radələrində Nərimanov rayonu, Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Digər ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi isə, saat 11 radələrində Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində baş verib. Məlumata görə, Saatlı rayon sakini Mehdi Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobili aşırıb. Xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.
Mehman Nəbiyev