151
19:47
12 Sentyabr 2019

Evdən oğurluq edən Sumqayıt sakini tutuldu

Suraxanıda evdən qızıl-zinət əşyaları oğurlanıb.
Lent.az -ın DİN mətbuat xidmətinə istinadla verdiyi məlumata əsasən, Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı rayon 31-ci Polis Bölməsi əməkdaşları hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər.
Nəticədə oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hüseynzadə saxlanılıb. Onun iyunun 6-da rayon ərazisindəki evlərin birindən 900 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı bildirilir.
Mehman Nəbiyev