103
12:15
12 Sentyabr 2019

Silsilə oğurluq törədən şəxs saxlanıldı

Saxlanılan şəxsin digər cinayətləri də aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan M.Bayramovun ətrafında Sabunçu rayon 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.
Nəticədə onun iyulun 23-də rayon ərazisindəki evlərin birindən 15000 manat dəyərində qızıl-zinət əşyaları, habelə evin qarşısındakı “BMW” markalı avtomobildən 700 manat pul oğurlaması da müəyyən edilib.
Mehman Nəbiyev