244
21:33
12 Sentyabr 2019

81 yaşlı sürücü 11 yaşlı piyadanı vurdu

Yevlaxda 81 yaşlı sürücü idarə etdiyi maşınla yeniyetmə piyadanı vurub.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Yevlax şəhərinin mərkəzində - Səməd Vurğun küçəsində baş verib.
Belə ki, 1938-ci il təvəllüdlü rayon sakini Ağalarov Yaqub Dadaş oğlu idarə etdiyi minik avtomobili ilə yolu keçmək istəyən 10-11 yaşlı oğlan uşağını vurub.
Yaralı uşaq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımdan sonra yaralanın durumunun stabilləşdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.