791
12:51
15 Sentyabr 2019

Lobyanı qış üçün belə saxlamaq lazımdır - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Sona mətbəxi” adı ilə məşhur olan səhifəyə istinadla lobyanın qışa hazırlanması üsulu ilə tanış edəcəyik.
Tərkibi:
Lobya, duz
Hazırlanma qaydası:
Lobyanı yuyuruq, sonra doğrayıb qazana əlavə edirik. Üstünə çıxana kimi su tökürük. Daha sonra duz əlavə edirik. Lobya yaxşıca qaynadıqdan sonra qaynar halda sterilzə olunmuş bankalara yığırıq. Bankalara yığdığımız lobyanın qapağını tam bağlamadan qazanda yenidən qaynadırıq. Sonra qapağını möhkəm bağlayıb qış üçün sərin yerdə saxlayırıq.
Nuş olsun!