7770
04:08
15 Sentyabr 2019

Binəqədi-Novxanı yolu qana boyandı: ölən və yaralananlar var - FOTO - VİDEO - YENİLƏNİB

Abşeron rayonunda iki avtomobilin toqquşması zamanı ölənlərin şəxsiyyəti məlum olub
bşeron Rayon Polis İdarəsindən APA -ya verilən məlumata görə, qəzaya uğrayan "Mercedes" markalı avtomobilin sürücüsü 1985-ci il təvəllüdlü Əmirov Vüsal Fazil oğlu və həmin avtomobildə olan sərnişin 1968-ci il təvəllüdlü Talıbov Şəmsi İsgəndər oğludur. Hər ikisi hadisə yerində keçinib. Onların meyiti aidiyyatı üzrə morqa təhvil verilib.
****
01:42
Binəqədi-Novxanı şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Novxanı qəsəbəsində 10-SC-326 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını pozaraq yüksək sürətlə əks istiqamətli hərəkət zolağına çıxıb. Nəticədə “Mercedes” 1999-cu il təvəllüdlü Məmmədova Nahidə Faiq qızının idarə etdiyi 99-TE-287 dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı maşına çırpılıb. Zərbə o qədər güclü olub ki, “Chevrolet” yoldan çıxaraq aşıb.
Baş vermiş qəza nəticəsində “Mercedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb.
Fövqəlada Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
“Chevrolet”də olan sürücü N.Məmmədova və sərnişinlər - 1995-ci il təvəllüdlü Məmmədova Fəridə Faiq qızı , 1976-ci il təvəllüdlü Məmmədova Gülgün, 2003-cü il təvəllüdlü Məmmədov Yunus, 2018-ci il təvəllüdlü Məmmədov Ramal Rəşad oğlu ağır xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
1 saylı şəhər xəstəxanasının həkimlərinin verdiyi məlumata görə, Yunus Məmmədovun vəziyyəti ağırdır.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.