229
11:39
15 Sentyabr 2019

Mehriban Əliyevadan Bilik Günü münasibəti ilə TƏBRİK

Birinci vitse-prezident Mehriban Əliyeva "İnstagram" səhifəsində şagird, tələbə, müəllim və valideynləri Bilik Günü münasibəti ilə təbrik edib.
APA -nın məlumatına görə, Birinci vitse-prezident bildirib ki, 15 sentyabr -Bilik Günü yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır:
“Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram. Əziz dostlar, Bilik Gününüz mübarək!".