361
21:52
15 Sentyabr 2019

Bərdədə baş vermiş avtoqəza zamanı bir nəfər xəsarət alıb

Bərdə rayonu ərazisində yol qəzası baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Yevlax-Bərdə avtomobil yolunda qeydə alınmış hadisə zamanı yük daşıyan "Ford" markalı mikroavtobus arxadan "Hyundai" markalı minik maşınına çırpılıb. Nəticədə minik maşınında olan sərnişin - 1973-cü il təvəllüdlü Mahmudova Səbinə Kamal qızı yüngül xəsarət alıb.

Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.