216
01:54
16 Sentyabr 2019

Rusiyada baş vermiş yanğında 8 nəfər ölüb

Rusiyanın Krasnoyarsk vilayətində yaşayış binasında baş vermiş yanğında səkkiz nəfər, o cümlədən dörd uşaq ölüb.

APA xəbər verir ki, bu barədə “TASS” agentliyinə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Moskva vaxtı ilə saat 22: 26-da Krasnoyarskdakı Qusarova küçəsində bir yaşayış binasında yanğın baş verib. Səkkiz dəqiqədən sonra ilk yanğınsöndürmə briqadası hadisə yerinə çatdığı zaman üçüncü mərtəbədəki pəncərədən açıq alov müşahidə edilib. Yanğın zamanı dörd uşaq da daxil olmaqla 8 nəfərin cəsədi aşkar olunub”, - məlumatda belə deyilir.