591
09:15
16 Sentyabr 2019

Bu qidalar boyun uzanmasına kömək edir

Boy daha çox genetik amillərlə bağlı olsa da, ona təsir edən digər faktorlar da var. Burada əsasən qidalanmanın önəmi vurğulanır. Mütəxəssislərə görə, ucaboylu olmaq, uşaqların sümüklərinin sağlam formalaşması üçün bir sıra mineralların yetərincə qəbul olunmasına ehtiyac var. Onlardan ən vacibi kalsium və fosfordur. 11-24 yaş arasında fosfor və kalsiuma ehtiyacın daha çox olduğu dövrdür. Boy üçün digər vacib olan element isə D vitaminidir.

D vitamini sümüyün formalaşmasında böyük rol oynayır, məhz bu vitaminin sayəsində minerallar mənimsənilir. Bu vitamin isə ən çox Günəşdən sintez olunur, gündə ən azı 15-20 dəqiqə günəş vannası qəbul etməklə yanaşı, D vitamini ilə zəngin olan yumurta sarısı, qaraciyər, balıq qəbul etmək tövsiyə olunur.

Boyun uzanması, sümüyün sağlam formalaşmasıüçün proteinlə, A, C vitaminləri, kalsium, fosforla zəngin qidaların yetərincə qəbul olunması lazımdır. Sink və mis kimi elementlərin də boy inkişafında rolu var. Onlar boyun normal şəkildə uzanmasına yardım edir, bu elementlər çatışmayanda boy inkişafdan qalır.

Bu elementlərlə zəngin olan qidalar isə quzu, hinduşka əti, balqabaq çəyirdəyi, sarımsaq, yer fıstığı, dana qaraciyəri, göbələk. ispanaq, digər göyərtilər, brokoli və s. sayılır.

Gün ərzində 2 stəkan süd içmək həm boyun uzanmasına, həm də sümüyün formalaşmasına kömək edir. Südügecə yatmazdan əvvəl içmək daha faydalıdır. Çünki bu zaman içilən süd böyümə hormonunun çalışmasına yardım edir.

Eyni zamanda uşaqlar vaxtaşırıqatıq, ayran, pendir yeməlidir.

Uşaqların qida rasionunda quru meyvələr də olmalıdır. Hər gün 4-5 ərik, 2 əncir qurusu, 1 ovuc qara üzüm qurusu, bir qədər küncüt yeyilməsi tövsiyə olunur.

e-tibb.az