272
12:50
16 Sentyabr 2019

Azərbaycanda insanlar ən çox nəyə pul xərcləyir? - SİYAHI

2019-cu yanvar-avqust aylarında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin miqdarı açıqlanıb.

Bu barədə Lent.az -aDövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, vəsaitin 45,8 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,8 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.