281
15:30
17 Sentyabr 2019

Bakıda piyadanı maşın vuraraq öldürdü - YENİLƏNİB

Bakıda avtomobillə vurulan piyadanın şəxsiyyəti müəyyənləşib.
APA -nın məlumatına görə, həmin şəxsin 1977-ci il təvəllüdlü Əmiraslanov Namiq İbrahim oğlu olması müəyyən edilib.
***
Saat 10:09
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində qeydə alınıb. Avtomobil yolu keçən 30-35 yaşlarında naməlum kişini vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.