228
16:42
17 Sentyabr 2019

YAP-ın keçirdiyi müsabiqənin qalibləri ilə görüş olub

Bu gün Bakı Biznes Mərkəzində hər il Heydər Əliyevin doğum günü ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən müsabiqənin qalibləri ilə görüş keçirilib.
APA -nın məlumatına görə, görüşdə Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP icra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.
YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Heydər Əliyevin gənclərə, o cümlədən tələbələrə diqqət və qayğısından danışıb. O bildirib ki, 15 ildir, Azərbaycanda Heydər Əliyevin doğum günü ilə bağlı məktəblilərin yarış müsabiqəsi keçirilir: “YAP həmin müsabiqənin qalibləri ali məktəblərə daxil olanda onlara təqaüd təyin edilməsi ilə bağlı qərar qəbul edib. Bu illər ərzində YAP-ın təqaüdünü alan çoxlu sayda tələbə olub. Bu gün burada toplananlar ikinci və ondan yuxarı kurs tələbələridir. Bizim onlarla görüşümüz həmin tələbələrin təhsilləri ilə maraqlanmaq məqsədi daşıyır”.
Daha sonra tədbir çıxışlarla davam edib.