306
18:27
17 Sentyabr 2019

Avtomobil beton dirəyə çırpıldı: yaralılar var - FOTO - YENİLƏNİB

Şirvanda baş verən yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, Cavadov Abuzər Kamal oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılması nəticəsində 4 nəfər Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.
Onlardan Sabirabad rayonu Qaraağac kənd sakini, 1972-ci il təvəllüdlü Süleymanov Cavid Əsgər oğlu kəllə-beyin travması ilə reanimasiya şöbəsinə, digərləri - Sabirabad sakini, 2001-ci il təvəllüdlü Güloğlanov İsmayıl Cavad oğlu, Şirvan sakinləri, 2003-cü il təvəllüdlü Cavadov Musa Abuzər oğlu və 2008-ci il təvəllüdlü Cavadov Məhəmməd Abuzər oğlu travmatologiya şöbəsinə yerləşdiriliblər.
Qəza törədən sürücünün sərxoş olduğu və hadisə yerindən qaçdığı bildirilir.
Faktla bağlı Şirvan polis şöbəsi tərəfindən araşdırma aparılır.
***
Saat 16:38
Şirvanda yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 16.00 radələrində Şirvan şəhəri G.Şıxbalaoğlu küçəsində qeydə alınıb. “VAZ-2107” markalı, 90 KB 081 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq beton dirəyə çırpılıb.
Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.