222
16:58
17 Sentyabr 2019

Aşurada zəncirvurma hallarına sədrdən MÜNASİBƏT

“Azərbaycanda Aşura çox sakit şəraitdə keçdi. Demək olar, hər hansı bir qanun pozuntusuna yol verilmədi. Həm mömin insanlar, həm də məscidlərdə çalışan insanlar öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdilər”.
APA -nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
O bildirib ki, hər bir vətəndaş Aşura ilə bağlı sərbəst şəkildə həmin dini mərasimlərdə iştirak etmək imkanı əldə edib: “Biz də bu prosesdə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə qanvermə aksiyasında iştirak etdik. Minlərlə Azərbaycan vətəndaşı qanvermə aksiyasında iştirak etməklə, bu prosesdə həmrəylik nümayiş etdirdi”.
M. Qurbanlı bəzi yerlərdə zəncirvurma hallarının baş verməsi ilə bağlı məlumatlara da münasibət bildirib. O qeyd edib ki, zəncirvurma halları Aşura mərasimi keçirilən ölkələrdə özünü büruzə verir: “Bu, dinimiz tərəfindən də qəbul olunmayan bir haldır. Ancaq çox təəssüf ki, bəzi ölkələrdə biz bunu görməkdəyik. Azərbaycanda 15 il və ya ondan da əvvələ nəzər salsaq, belə halların çox olduğunu görərik. Aparılan təbliğat nəticəsində hazırda Azərbaycanda zəncirvurmaya çox nadir hallarda təsadüf edilir. Hesab edirik ki, bu hallar da keçmişdən qalıb və gələcəkdə bu cür hallar tam aradan qalxacaq”.